Sevda Ələkbərzadənin səsini digər səslərlə səhv salmaq çətindi. Güclü, qırtlaq notlari ilə zəngin, qatı. Bununla belə, onun oxu tərzi, özündə bir çox mümkün elementləri cəmləşdirir. Burada həm soul, jazz, new wave və hətta, afrika notları da eşitmək olar.
Müğənnidə, hər şeyi öyrənməyə böyük maraq- ənənəvi "xanəndə" ifaçılıq texnikasına olan həvəs(əfsanəvi Alim Qasımovun dərsləri, bu planda, ona kömək göstərmişdi), həm bel canto opera sənətinə olan maraq,(onun 2005 ildə,İtaliyaya,Florensiyaya təcrübə keçməyə yola düşməsi təsadüfi deyildi) buna misal ola bilər. Ən əsası, müğəninin ifasında olan yüksək dərəcəli emosional özünə sərf hissidir ki, məhz, bu da sizi neytral mövqedən uzaqlaşdırır. S.Ələkbərzadə elə bir ailədəndir ki, orada sənət, hər kəsin alın yazısi və məqsədi olmuşdur. Onun babası- Əbülhəsən Ələkbərzadə - Azərbaycanın xalq yazıçısı, sovet dövründə yazılan ilk Azərbaycan romanının müəllifidir. Atası, Çingiz Ələkbərzadə, məhşur jurnalist-yazıçı idi.
Bacısı uşaqlıqdan musiqiyə maraq göstərmişdi. Sevdanın, hələ 14, Elmiranın isə 18 yaşı olanda, onlar, Vagif Gərayzadənin yaratdığı və başçılıq etdiyi Aypara qrupuna gəlmişdilər, hansı ki, bu qrup, 1991 ildən, "Aypara-2" adı altında fəaliyyət göstərmişdir.
Sevda taleyinə minnətdardı ki, sənət yolunun başlanğıcında o görkəmli musiqiçi, Rafiq Babayev ilə işləmək imkanı qazanir. R.Babayevin studiyasında işləyən digər bəstəkarlar və aranjimançılar, Siyavuş Kərimi və Rəşad Haşımov da bu siyahıya aid ola bilərlər. Hamı bu gənc muğənninin nəinki güclü səsini və daxili mədəniyyətini, həm də adi stilistika çərçivələrindən uzaq oxu tərzinin təkrasız cazibəsini xüsusi vurğulayırdılar. Rəşad Haşımovun yeni layihəsi olan Rast qrupu ümumilikdə, S.Ələkbərzadənin parlaq və qeyri adi səsinə əsaslanırdı. Müğənninin bu qrupla əməkdaşlığı kifayət qədər, uzun, 1993-cü ildən 2001 ilə qədər sürdü. Bu dövrlə bağlı yaddaşlarda, bir çox hadisələr mövcüddur: işıq üzü görmüş iki kompakt disk, Bakının, İstanbulun, Aşqabadın böyük konsert zallarında çıxışlar, 1993 il Radio France İnternational müsabiqəsinin finalına qazanılan vəsiqə. Ancaq zamanla, kollektivin hər bir üzvünün qarşısında duran qarşılıqlı vəzifə borcları, onlarıı sıxmağa başlayır. Sevda qərara gəlir ki, artiq solo fəalliyyətə keçmək vaxtıdır. Bu 2001 ilə təsadüf etdi. O bütün "rastçılarla" dost kimi ayrıldı. Sevdanın birinci müstəqil işi Cəmil Əmirovun onun üçün yazdığı "Demə ki sevirəm" mahnısı oldu. Bildiyimiz kimi, bu bəstəkar çox nadir hallarda, lakin kifayət qədər uğurlu mahnılar yazan bəstəkarlardandı. Bəlkə elə ona görədi ki, bu mahnı dərhal seçildi və yerli telekanalların xit -paradlarında özünə yer aldı. Hər şeyi müstəqil, öz gücünə arxalanaraq etmək həm çətin, həm də maraqlıdır-repertuar, klipmeyker, aranjimançılar seçmək və s. Hər şeyi diqqətlə götür qoy etsək, görərik ki, S.Ələkbərzadə bu işlərin öhtəsindən uğurla gəlir. Son bir neçə illər ərzində, o, doğrudan da Azərbaycanın ən tələb edilən və sevimli müğənilərindən birinə çevrilmişdir.
Onun klipləri həmişə birinci onluqda yer tuturlar. Sevdanın həvəslə televiziya şoularına və müsabiqədə münsiflər heyyətinə dəvət edirlər. Onun Gürcüstanda, İsraildə, İtaliyada və Polşada bir çox uğurlu çıxışları olmuşdur. Sevdanın xüsusi layihələr arasında olan, pianoçu və aranjimançı Emil İbrahim və digər sayılıb-seçilən musiqiçilərlə birgə hazırladığı"Şəbi-hicran" layihəsi və Emin Sabitoğlunun Əlvida mahnısını, Salman Qəmbərovun yadda qalan aranjimanında olan sinqlı hamını, danışmağa məcbur edən hadisələrdən oldu.
Dahi Betxovenin "Sevinc odası" musiqi əsərinin əsasında, avropa şurasının jazz-muğam üslubunda ifa olunmuş himni də bu əlamətdar layihələr siyahısına qatıla bilər.